enruaz
+(994) 51 850 27 27    +(994) 51 411 27 27    info@cfs.az    manager@cfs.az

SƏRGİLƏR

Dünya üzrə keçirilən böyük miqyaslı ticarət nümayişlərin, sərgi və konfransların idarəçiliyi ilə məşğul oluruq.

Tədbir təşkilatçısı və ya iştirakçısısınız?

Biz, müxtəlif miqyasda təşkil olunan tədbir təşkilatçı və iştirakçıları ilə əməkdaşlıq edirik.

Layihə idarəçiliyi

CFS şirkəti, sizə planlaşdırma və maliyyə işlərində yardım etmək üçün xüsusi bir işçi qrupunu təqdim edərək, məhsullarınızı tədbir keçirilən yerə və geriyə göndərdiyiniz zaman sizin üçün ən səmərəli olan həll yollarını təqdim edəcək. Yük daşınması ilə bağlı bütün ehtiyaclarınızı ödəmək üçün sizə əlaqə nömrəsi təqdim olunacaq. Mallarınızın müəyyən edilmiş müddətdə, təhlükəsiz və razılaşdırılmış büdcə çərçivəsində A nöqtəsindən B nöqtəsinədək çatdırılmasını təmin edəcəyik.

Gömrük prosedurları

Biz sizə ticari fakturaların təqdim edilməsində və sizin adınızdan müvafiq əmtəə kodların tamamlanması kimi işlərdə kömək edəcəyik. Azərbaycan ərazisinə malların düzgün şəkildə çatdırılmasını təmin etmək məqsədi ilə, CFS şirkəti, malların göndərən ölkədən çıxarılmasından öncə idxal sənədlərin yoxlanılmasını. Azərbaycan gömrük orqanları ilə birlikdə aparacaq. Malların gəlişində isə malların gömrük rəsmiləşdirilməsi və tədbir yerinə dərhal çatdırılması ilə biz sizi təmin edəcəyik.

Bütün Risklərin Sığortalanması

CFS şirkəti, sizi bütün risklərinizin sığortalanması ilə təmin edə bilər. Sizin rahatlığınız üçün, mallarınız yola düşdüyü zamandan, yerinə çatdırılana qədər sığortalanır və bu, sizi həmçinin sığortalamaq kimi əlavə iş və prosedurlardan azad edir. Sizin mallarınız, stenddə olduğu zaman daxil olmaqla sığortalı hesab olunacaq.
Beləliklə, daşınma zamanı və sonra baş verə biləcək hər hansı bir zərərin vurulması ilə və ya gecikmə ilə bağlı yarana biləcək narahatlığa əsas yoxdur.

Yerüstü, hava və ya su nəqliyyat vasitələri ilə yüklərin daşınması

Azərbaycanda hər hansı bir tədbir və ya sərgi təşkil etdiyiniz zaman, CFS şirkəti sizin tələblərinizi mükəmməl tərzdə yerinə yetirməyə hazırdır. Biz, müxtəlif miqyaslı ticarət nümayişlərin idarəsində iştirak edərək, on ildən artıq müddət ərzində aeroport, yol və dəmiryol terminalı personalı ilə yanaşı, Azərbaycanın gömrük orqanları ilə sıx əməkdaşlıq əlaqələrini qurmaq imkanını əldə etmişik.

Ərazidə idarə etmə

CFS şirkəti, “Bakı Ekspo Mərkəzi”-ndə yerləşir və Azərbaycanda keçirilən bütün sərgilərə öz istismar heyətinə və yük qaldırıcı avadanlıqlara sahibdir. Biz malların vaxtında gömrük rəsmiləşdirilməsini təmin edirik. CFS şirkətin işçiləri, eksponatlarınızı, göstərişlərinizə uyğun olaraq və ya sizin öz stendinizə təşrif buyurduğunuz zaman, dərhal olaraq təqdim edəcəklər. Həmçinin tədbir zamanı biz, sizə məxsus olan boş qutulara da diqqət yetirəcəyik. Nümayiş bitdikdən sonra, biz sizin mallarınızı mənşə ölkəsinə və ya istəyinizlə, başqa bir sərgiyə göndərə bilərik, yaxud da ki, mallarınızı “Bakı Ekspo Mərkəzi”-ndə yerləşdiyimiz anbarımızda saxlaya bilərik.

Anbarlaşdırmanın təşkil edilməsi

Müştərilərimizin tələləblərini nəzərə alaraq, CFS şirkəti, Bakı Hava Limanına yaxın yerləşən “Bakı Ekspo Mərkəzi”-ndə xüsusi tikilmiş müasir anbar arazisinə sahibdir. Biz, sizin mallarınızı iştirak etdiyiniz sərgilərdən öncə və sonra təhlükəsiz şərayitdə anbarımızda saxlaya bilərik. Biz, həmçinin malları daha uzun müddət saxlayaraq, onların müxtəlif tədbirlərin keçiriləcək bölgələrə daşınmasını təmin edə bilərik. Daha böyük və ya daha mürəkkəb yüklər üçün isə, bizim xüsusi qəbul etmə, qablaşdırma və inventarın idarə etmə sistemi mövcuddur.

01.
Təcrübəmiz
Biz, ticarət nümayişləri, sərgi, canlı tamaşa, idman və incəsənət hadisələri ilə bağlı müxtəlif tədbirlər üçün yük daşınma xidmətinin göstərilməsində ixtisaslaşan və Azərbaycanda fəaliyyət göstərən yeganə şirkətik. Daşıdığımız malların əksəriyyətini yüksək dəyəri olan, ehtiyyatla və zamanında çatdırılacaq mallar təşkil edir. Bütün bunlara yüksək əhəmiyyət verərək, biz sizin yükünüzün düzgün tərzdə daşınıb təyinat nöqtəsinə vaxtında çatdırılmasını təmin edirik. Bizdə olan həmin bilik və bacarıqlar yük daşınması ilə məşqul olan digər şirkətlər ilə müqaisə olduqda bizə üstünlük verir.
02.
İşlərimiz uğurlu gedir
Tədbirin loqistika tərəfinin səmərəli keçməsini təmin etmək üçün biz bir neçə ay öncədən planlaşdırma işlərini apararaq, təşkilatçıları və sərgi iştirakçılarını tədbirin əvvəlində və tədbirdən sonra gördüyümüz hər bir işin nəzarət altında olduğunda əmin edirik və bütün bunlar, onların diqqətini sərginin özünə yönəltməyə imkan yaradır.