Haqqımızda

Kaspian Freyt Servises 2002-ci ildə təsis olunmuş və Azərbaycan şirkəti kimi qeydiyyatdan keçmişdir, Birləşmiş Krallıq əsaslı yük sərgisi üzrə mütəxəssis Meriteks İnternəşl Freyt Servises Ltd.-ə məxsusdur. KFS ilkin olaraq ticarət nümayişləri və sərgi logistikası üzrə ixtisaslaşmışdır, lakin bizim bacarıq və təcrübələrimiz inkişaf etdikcə bizim fəaliyyətimiz digər sahələr, məsələn incəsənət, idman və canlı mərasimlər  üzrə şaxələnir.

2010-cu ildə biz tamamilə yeni Bakı Ekspo Mərkəzində yerləşən ofislərə köçmək üçün səbirsizlənirdik. Biz BEM üçün ərazi üzrə yüklərin yığılması podratçısı olduq və Kaspian Freyt Servises-in həyatında yeni addıma rəhbərlik edəcək işi, yəni müasir anbar qurğularının idarə edilməsi işini icra etməyi qəbul etdik.

Son zamanlar biz Azərbaycan Dövlət İncəsənət Muzeyinə Viktoriya və Albert muzeylərinin IKAT sərgisində təqdim edilməsini müvəffəqiyyətlə yerinə yetirdik. Bundan başqa, biz Venesiya biennalesində (animasiyaya daxil olun) Azərbaycan pavilyonunun yüklərin göndərilmə yerindən çatdırılma yerinədək gətirilməsində səyləri artırmışdır.

Biz həm də Avropa ətrafında Nobel sərgi logistikasına, Roma Biennalesində Azərbaycan pavilyonuna, Azərbaycanda Yapon Budo ruhlu döyüş incəsənəti mərasiminə və Türk popunun güclü səsi Tarkanın 2011-ci ilin Yeni il ərəfəsində Bakıdakı konsertinə rəhbərlik etmişik.

Bizim komanda

CEYHUN KƏRİMOV

16 yaşından etibarən sərgi yerlərində işləməyə başlamış, bu sahə üzrə çox illik təcrübəyə malikdir və çoxsaylı tapşırıqları dərhal idarə etmək bacarığına sahibdir. Onun istiqanlılığı və fədakarlığı diqqəti cəlb edir və o, ünsiyyətdə olduğu hər kəs tərəfindən hörmətlə qarşılanır. İllər ərzində o, hava yolları, yol və dəmir yolu terminalı heyəti ilə, habelə gömrük işçiləri ilə yaxın münasibət qurmuşdur. O, ona yönəltdiyiniz hər hansı probleminizi gülərüzü ilə həll edəcəkdir.

ZAUR SEYİDOV
Zaur Ceyhunla yanaşı yük üzrə koordinator kimi çalışır. O, əməliyyatların rəvan getməsi üçün təminatların verilməsində yardımlar göstərərək sərgilər zamanı ərazi üzrə heyətin idarə olunmasını icra edir. Bundan başqa o, işlərin yaxşı təşkil olunması və anbar əməliyyatalarına rəhbərlik edir.
GÜLNARƏ HÜSEYNOVA
Gülnarə həm ofis, həm də hesabatlara çox səmərəli şəkildə rəhbərlik edir. Baxmayaraq ki, o, kişilərin əhatə olunduğu mühitdə çalışır, o, ona hər zaman dəstək olan və üzünü həmişə güldürən heyətin bütün üzvləri ilə əla münasibətdədir.